Zaqatala Bölgə Təcrübə Standsiyasının 100 illik yubileyi

 

Надпись: ZAQATALA BÖLGƏ TƏCRÜBƏ STANSİYASI
 
1924-2024

1.	1924-2024 


Abdullayeva Nərgiz Musa qızı


pdf yüklə 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun

 

Zaqatala Bölgə Təcrübə Stansiyası

 

1924-2024

 

N.M.Abdullayeva, Zaqatala Bölgə Təcrübə Stansiyası,1924-2024.   Bakı, “Class Print” nəşriyyatı, 2026,  300  səh.

 

Kitabda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Əkinçilik Elmi Tədqiqat İnstitutunun Zaqatala Bölgə Təcrübə Stansiyasının 100 illik (1924-2024-cü illər) elmi fəaliyyəti şərh edilmişdir. Stansiyasının elmi fəaliyyətində çox böyük rolu olmuş dəyərli və görkəmli elm xadimləri Akademik Cəlal Əlirza oğlu Əliyev, İmam Daşdəmir oğlu Mustafayev, Nazim Səid oğlu Əmirov, Zeynal İba oğlu Əkbərov, Əsəd Cənnət oğlu Musayev, Cavanşir Mütəllib oğlu Təlai və Bəhlul Hüseyn oğlu Abbasov haqqında geniş məlumat verilmişdir. Kitabda, Stansiyasının təsisçisi Əhməd Cabbar oğlu Rəcəblinin (1924-1937-ci illər) elmi fəaliyyəti, illər ərzində tədqiq edilən bitkilər, icraçılar, icra edilən elmi mövzular, maddi-texniki bazası,  mövcud və yeni yaradılmış qarğıdalı və tütün sortları haqqında məlumat, fəaliyyətin təsvirini göstərən foto şəkillər öz əksini tapmışdır. 100 il ərzində Stansiyada  75 bitki tədqiq edilmiş, 207 elmi tədqiqatçı tərəfindən 344 mövzu icra edilmişdir. Kitabdan aqrar sahədə çalışan şəxslər, müəllimlər, tələbələr, fermerlər, azad sahibkarlar və fərdi təsərrüfatçılar istifadə edə bilərlər.

 

DOI:https://doi.org/10.36719/0856/2026

 

 

MÜNDƏRİCAT

 

ZAQATALA BÖLGƏ TƏCRÜBƏ STANSİYASININ TƏSİSÇİSİ ƏHMƏD CABBAR OĞLU RƏCƏBLİ....................................

1924-2024-cü illər ərzində Zaqatala Bölgə Təcrübə Stansiyasının adlandırılması ardıcıllığı...........................................................

1924-2024-cü illər ərzində Zaqatala Bölgə Təcrübə Stansiyasının strukturunun ardıcıllığı..............................................................

1924-2024-cü illər ərzində Zaqatala Bölgə Təcrübə Stansiyasında tədqiq edilən 60 bitkinin ardıcıl siyahısı...................................

1924-2024-cü illər ərzində Zaqatala Bölgə Təcrübə Stansiyasında işləyən 207 nəfər elmi tədqiqatçının siyahısı...........................

1924-2024-cü illər ərzində Zaqatala Bölgə Təcrübə Stansiyasında icra edilən 344 elmi mövzuların siyahısı.................................

ZAQATALA BÖLGƏ TƏCRÜBƏ STANSİYASININ ELMİ FƏALİYYƏTİ..........................................................................

Zaqatala Bölgə Təcrübə Stansiyasının elmi fəaliyyətində çox böyük rolu olmuş dəyərli və görkəmli elm xadimləri.........................

Cəlal Əlirza oğlu Əliyev...........................................................

İmam Daşdəmir oğlu Mustafayev............................................

Nazim Səid oğlu Əmirov..........................................................

Zeynal İba oğlu Əkbərov..........................................................

Əsəd Cənnət oğlu Musayev .....................................................

Cavanşir Mütəllib oğlu Təlai....................................................

Bəhlul Hüseyn oğlu Abbasov...................................................

Zaqatala Bölgə Təcrübə Stansiyasının 100 illik elmi fəaliyyətinin təhlili- 1924-2024-cü illər..........................................................

ZAQATALA BÖLGƏ TƏCRÜBƏ STANSİYASINDA İŞLƏYƏN  ELMİ TƏDQİQATÇILAR......................................................

1924-2024-cü illər ərzində Zaqatala Bölgə Təcrübə Stansiyasında işləyən elmi tədqiqatçıların illər üzrə siyahısı.........................

Qafarov İlyas Abdulla oğlu......................................................

Ağazadə Yahyə Qafar oğlu......................................................

Ter-Sarkesyan Ripsime Amayakovna.....................................

Ağazadə Sevil Yahyə qızı........................................................

Qazızadə Fateh Nurulla oğlu....................................................

Xəlilov Əsədulla Abdurahman oğlu.........................................

Vedenina Tamara Georgiyevna................................................

Unçiyeva (Əfəndiyeva) Gülarə Şıxməhəmməd qızı...............

Qədirov Murtuzəli Əfəndi oğlu................................................

Abbasova (Mahmudova) Ayşat Mahmud qızı........................

Ömərova Sevgiyə İsa qızı........................................................

Əliyev İslam Hacı oğlu............................................................

Mustafayev Firudin Rza oğlu..................................................

Hatəmi Ərşad Ruhulla oğlu....................................................

Ağababov Eduard Vartanoviç.................................................

Şuşalı Elmira Məmməd qızı...................................................

Bersinayev Soltan Məhəmməd oğlu......................................

Bondarenko (Semyonova) Lyudmila Qriqoryevna.................

Əsədov Ataxan Muxtar oğlu..................................................

Qədirov Fikrət Abdusalam oğlu............................................

Sofiyev Həbib Saleh oğlu......................................................

Əfəndiyev Nəcməddin Rza oğlu............................................

Əlicanov Hacı Məmmədtahir oğlu..........................................

Əliyeva Əminət İslam qızı........................................................

Bulacova Şahpəri Bulac qızı....................................................

Məhəmmədova Sevda Tofiq qızı..............................................

Kərimov Nəbi İsmayıl oğlu.......................................................

Yusubov Musa Şaban oğlu........................................................

Məcidova Elmira Şamil qızı......................................................

Abdullayeva Nərgiz Musa qızı..................................................

TÜTÜN SORTLARI.................................................................

QARĞIDALI SORTLARI........................................................

İllər üzrə qarğıdalı sortlarının yaradılması ardıcıllığı siyahısı......

STANSİYANIN MADDİ-TEXNİKİ BAZASI.........................

ELMİ FƏALİYYƏTİN TƏSVİRİ.............................................

MÜDAFİƏ ŞURASI VƏ TƏDBİRLƏRDƏ İŞTİRAK............

TƏCRÜBƏ MÜBADİLƏSİ- TƏRTƏR BTS............................

TƏCRÜBƏ MÜBADİLƏSİ- ŞƏKİ BTS..................................

SƏRGİLƏRDƏ  İŞTİRAK........................................................

2023-cü il “HEYDƏR ƏLİYEV İLİ”........................................

1 əsr 1924-2024-cü illərdə elmi fəaliyyət göstərən Zaqatala Bölgə Təcrübə Stansiyası “100 ilin” mübarək olsun!!!..........................

FOTO ALBOM- ARXİV..........................................................

1924-cü ildən 2024-cü ilədək Zaqatala Bölgə Təcrübə Stansiyasında illər üzrə tədqiq edilən bitkilər, icraçılar və icra edilən elmi mövzulara dair cədvəl..........................................................................

ZAQATALA BÖLGƏ TƏCRÜBƏ STANSİYASININ TƏSİSÇİSİ ƏHMƏD CABBAR OĞLU RƏCƏBLİ

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutunun elmi-tədqiqat müəssisəsi olan Zaqatala Bölgə Təcrübə Stansiyası 1924-cü ildə Zaqatala tütün plantasiyası bazası əsasında yaradılmış və 1926-cı ildə fəaliyyəti ancaq tütünçülük olmaqla Zaqatala Tütünçülük Təcrübə Stansiyası, 1928-ci ilin sonunda 09 oktyabr tarixindən AzSSR Xalq Komisarlar Sovetinin qərarı ilə, Böyük Qafqaz sıra dağlarının Cənub ətəyində yerləşən Balakən rayonundan Göyçay daxil olmaqla rayonları əhatə etmiş  və  Zaqatala rayonu Kənd Təsərrüfatı Təcrübə Stansiyası  adlandırılmışdır. 1933-cü ildə Zaqatala Yağlı bitkiləri Təcrübə Stansiyası, 1934-cü ildə Zaqatala Təcrübə Stansiyası   adlandırılmış,  1937-ci ilədək  Stansiyaya rəhbərlik etmişdir.  Stansiyanın yaradıcısı və rəhbəri Ə.C.Rəcəbli bütün fəaliyyətini əkinçiliyin inkişafına yönəltmişdir. Tanınmış azərbaycanlı seleksioneri, professor, Ümumiittifaq Kənd Təsərrüfatı Akademiyasının akademiki ƏHMƏD CABBAR OĞLU RƏCƏBLİ 28 sentyabr 1898-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olmuşdur. 1916-cı ildə Moskva Universitetinin tibb fakultəsində oxumuş, sonralar İtaliyanın Peruçi şəhərində Ali Eksperimental Aqrar Kral Universitetində təhsil alaraq Azərbaycana qayıtmışdır. Əmək fəaliyyətinin ilk illərində seleksiya işləri ilə yanaşı 1924-1926-cı illərdə onun təşəbbüsü və iştirakı ilə Zaqatala Kənd Təsərrüfatı Texnikumu və  “Zaqatala Car tütünçüləri yoldaşlıq kooperativi” də yaradılmışdır.Həmin dövrün müəyyən çətinliklərindən sonra, 1945-ci ildən ömrünün sonuna kimi Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutunun (indiki Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu) “Meyvəçilik” şöbəsinə rəhbərlik etmişdir. Apardığı elmi-tədqiqatlar işləri nəticəsində subtropik, qərzəkli, çəyirdəkli və tumlu meyvə bitkilərinin yeni sortlarını yaratmışdır. Seleksiyaçı genetik alim, professor, Kənd Təsərrüfatı Akademiyasının (VASXNİL) akademiki Əhməd Cabbar oğlu Rəcəblinin  həmin illərdə əldə etdiyi tədqiqat nəticələri, hal-hazırda təsərrüfatlara geniş tətbiq edilməkdədir. O, Azərbaycanda ilk dəfə meyvə və dənli bitkilərin xalq seleksiyasının əvvəllər məlum olmayan nadir sortlarını qeydə alıb təsvir etmiş, onların istehsalata tətbiqini tövsiyə etmişdir. 100-dən artıq elmi əsərin, 24 monoqrafiyanın müəllifidir, “Azərbaycanda məhsuldarlıq” kitabı iki dəfə nəşr olunmuş, “Bitkiçilik”, “Çəltik”, “Yer fındığı və onun aqrotexnikası” və s. haqda elmi-kütləvi əsərlər yazmış və yeri sortlar yaratmışdır.Ə.Rəcəbli 1963-cü ildə 65 yaşında Moskvada vəfat etmiş və Bakıda dəfn edilmişdir. 1925-1930-cu ilin hesabatında, Stansiyanın 41 0 38 1 Şimal en dairəsində və 46 0 40 1 Cənub uzunluq dairəsində (Qrinviçə görə) dəniz səviyyəsindən 543 metr hündürlükdə yerləşdiyi və ən yaxın Sinozus-Sxali Gürcüstan dəmiryol stansiyasından 75 km məsafədə yerləşdiyi göstərilir. 1925-1930-cu illərin hesabatında, Ə.C.Rəcəbli tərəfindən Stansiyanın ərazisinin torpaq və iqlim şəraiti, bitki örtüyü təhlil edilir və aşağıda qeyd olunan qənaətə gəldikləri göstərilmişdir.  Zaqatala rayonundan Göyçay rayonunadək tarlaçılıqda:

1)             Bərk və yumşaq buğda, 2-ci yeri payızlıq arpa, həmçinin Şəkinin Zərnə, Ləkit, Biləcik kəndlərində çəltik əkilir ki, bu da bölgə üçün xarakterikdir və yerli əhali üçün gəlir mənbəyidir.

2)             Yerli tələbatı ödəyəcək qədər qarğıdalı bitkisi də çox becərilir. Qarğıdalı həmçinin heyvandarlıqda da istifadə edilir, yerli məhsul tələbatı ödəmədikdə, Gürcüstan və Şimali Qafqazdan idxal edilir.

3)             Əsas gəlir mənbəyindən biri də bostançılıqdır. Qarpız məhsulu Tibilisi, Bakı və Şəki bazarlarında satılır.

4)             Paxlalı bitkilərdən əsasən, əhali üçün yaxşı gəlir mənbəyi olan lobya becərilir.

5)             Yağlı bitkilərdən əsasən yerfındığı və az miqdarda kənaf, gənəgərçək, soya becərilir.

6)             Texniki bitkilərdən olan tütün əsas yeri tutur və əhalinin davamlı gəlir mənbəyidir. İstehsal olunan tütün məhsulu ixrac olunur, az bir qismi, 5000 puddan çox olmayaraq yerli Zaqatala Tütün Fabriki üçün saxlanılır.

7)             Qəbələnin Vəndam kəndində əsasən maxorka becərilir.

8)             Balakən rayonunun Qabaxçöl kəndində şəkər çuğunduru becərilir və ondan bəkməz (doşab) hazırlanır.

9)             Hesabatda əvvəllər darı istehsalının çox olması və Dağıstan əhalisinə satıldığı qeyd olunur.

10)         Balakən və Zaqatala (Car) rayonlarında əsasən tütün, qarğıdalı, buğda, arpa, bostan bitkiləri becərilir və otlaq örüş sahələri çoxbur.

11)         Bu bölgədə heyvandarlıq da yaxşı inkişaf etdiyinə görə, torpaqlara növbəli əkin tətbiq edilir və otlaq sahələri örüş üçün saxlanılır.

12)         Car dairəsinin (Zaqatala rayonu) dağətəyi zolağında nöbvəli şəkildə: çəltik, otlaq, buğda və ya çəltik, otlaq, qarğıdalı, arpa əkilir.

13)         Əliabad, Muxax və Qax dairəsinin Şimal hissəsində əsasən, əhali tərəfindən “qoruq” adlandırılan örüş yerləri və payızlıq bitkilər əkilir.

14)         Şəki dairəsində çəltik, örüş, payızlıq əkinlər və ya bostan bitkiləri, taxıl, örüş olmaqla növbəli əkilir.

15)         İlisu, Suvagil, Qaşqaçay və Sabunçu kəndlərinin əkin əraziləri xeyli aralı yerləşdiyinə görə, əkinçilikdə əsasən payızlıq bitkilərin becərildiyi qeyd olunmuşdur.

Hesabatda, bu bölgə üçün tütünçülüyün əsas sahə olduğu və  1884-1929-cu illərin əkin sahəsi, məhsuldarlıq göstəriciləri qeyd olunmuşdur.

1934-1935-ci illərin hesabatında,  Əhməd Cabbar oğlu Rəcəblinin təşəbbüsü ilə, Zaqatala Bölgə Təcrübə Stansiyasının Pərzivan və Danaçı ərazisində yerləşən Fındıqçılıq sovxozunun ərazisində ağac və kol bitkilərindən:  pekan, Şərq xurması, şaftalı, kreptomeriya, giparis, şam, yapon əzgili, tut forde, tut kardata, probka palıdı, qırmızı palıd, şabalıd yarpaqlı palıd, dəmir ağacı, şabalıd, toxicodendron vernicifiuum, Triadica sebifera,  konfet  ağacı, sabun ağacı, Qafqaz xurması, armud, narıngi ağacı, feyxua, evkalipt, zeytun, Lənkəran akasiyası, qara qoz, Yunan qozu və çay bitkisinin əkildiyi qeyd olunmuşdur. Həmin dövrdə bu bitkilərin müəyyən qismi quruyaraq məhv olmuş, müəyyən hissəsi isə hal-hazırda belə, alleya şəklində təcrübə sahəsinin ətrafını bəzəyir. 

Qeyd edək ki, Zaqatala Bölgə Təcrübə Stansiyasında müxtəlif  illərdə subrtopik və sitrus meyvə bitkiləri üzərində ( ağac və kol bitkiləri) elmi-tədqiqat işləri icra edilmişdir:

1939-cu il- “Zaqatala bölgəsində evkalipt bitkisinin becərilməsi”,

1943-cü il- “Sitrus bitkilərinin alleya şəklində becərilməsi”,

1943-cü il- “Çay bitkisinin becərilməsi üçün daha effektiv aqrotexniki qulluq qaydalarının öyrənilməsi”,

1944-cü il- “Alça və zoğal məhsulunun istifadə perspektivləri”, 

1956-cı il-  “Mövcud və yeni tut ağaclarının müxtəlif ekoloji şəraitdə becərilməsinin öyrənilməsi”.

1924-2024-cü illər ərzində Zaqatala Bölgə Təcrübə Stansiyasının adı aşağıda qeyd olunmuş şəkildə olmuşdur:

1924-cü il -Tütünçülük palntasiyası

1926-cı il - Zaqatala Tütünçülük Təcrübə Stansiyası

1928-ci il - Zaqatala rayonu Kənd Təsərrüfatı Təcrübə Stansiyası

1933-cü il - Zaqatala Yağlı bitkiləri Təcrübə Stansiyası

1934-cü il - Zaqatala Təcrübə Stansiyası

1942-ci il - Azərbaycan Yağlı bitkilərin Seleksiyası Stansiyası

1946-cı il - Zaqatala Zona Təcrübə Stansiyası

1999-cu ildən etibarən hal-hazıradək-Zaqatala Bölgə Təcrübə Stansiyası adlandırılmışdır.

1924-2024-cü illər ərzində Zaqatala Bölgə Təcrübə Stansiyasında aşağıda qeyd olunan 75 bitki üzərində tədqiqat işi icra edilmişdir: tütün, payızlıq yumşaq buğda, payızlıq bərk buğda, payızlıq arpa,  yer fındığı, qarğıdalı, soya, xaşa, yonca, qara yonca, çəltik, kətan, yulaf, çəmən yulafı, vələmir, çovdar, şəkərli kalış, yer armudu,  lüpin, bamya, saflor, perilla, raps,  çətənə, çatıotu, yem noxudu, çöl noxudu, at noxudu, efir yağlı bitkilər, rozmarin, tuberoza, ətirşah, saflor, xaşxaş, xardal, kuncüt, lallemantia, yağçiçəyi (köhrən ot), çin turpu, lərgə (gülülcə), gənəgərcək, qaramuq, rami, bihuşdarı, ilanbaşıotu, kalendula, dəvəotu, buynuzlu lotus, vinqa, reqneriya lifli, tonqalotu, yabanı darı, italyan darısı, ənginar, tarlaotu, sudanotu, xanımotu, pişikotu, bülbülotu, pişikquyruğu, ənginar, tülküquyruğu otu, могар, yem çuğunduru, kartof, pambıq, sorqo, günəbaxan, yağlıca, üskükotu, batat,  çay, sitrus bitkiləri (əsasən limon), lobya,  dastylis glomerata,  yabanı xəşəmbul, bostan bitkiləri, qarabaşaq, darı, mərcimək.

1924-2024-cü illər ərzində Zaqatala Bölgə Təcrübə Stansiyasında aşağıda adları qeyd olunan 207 nəfər elmi tədqiqatçı fəaliyyət göstərmişdir: Ə.C.Rəcəbli, A.Gerasimenko, A.Axundzadə İ.Gilani, B.Əfəndiyev, M.V.Mamedov, İ.İsmayılov, Q.Kiyasbekova, Y.Nurov, F.Fətəlizadə, K.Aslanlı, D.Mustafazadə, R.Məmmədov, T.X.Axundzadə, F.N.Qazızadə, R.E.Kibardin, M.Şıxlı, Əsgərzadə, Bağbanlı, M.V.Brjezinckiy, S.Bəşirzadə, Ə.Musayev, A.Atabəyov, Babayev, Tavakalov, Tabakov, Hacızadə, Q.V.Lısenko, Y.Q.Ağazadə, N.D.Untiyev, Yermilov, Sitnikov, Qafarov İ.A., Y.N.Sinskaya, T.T.Demidenko, K.Z.Geydelberq, Kamarinskiy, İ.V.Yanişevskaya, N.C.Abramoviç, Q.V.Klinevskiy, Y.K.Popova, K.İ.Şardanov, İ.A.Mədətov, N.M.Məmmədov, P.P.Fişer,  Z.P.Kremlyovskaya, P.A.Ter-Sarkesyan, B.İ.Ömərova, A.A.Kələntərov,  D.V.Musabəyov, M.Q.Abbasov, İ.P.Lebedeva, R.Q.Oqandjanova, A.A.Həşimov,  A.F.Kazankov,  X.A.İsmayılov, S.F.Hüseynov, İ.S.Səfərov, Qrebennikov, M.Z.Şabanov, O.M.Mostovoy, Ə.A. Xəlilov, Y.Q.Qaracayev, Q.D.Kərimova, X.A.İsmayılov, M.Z.Şabanov, M.İmamaverdiyev, P.M.Əhmədov, A.Beqlyarov, Q.D.Şabanova, E.B.Danielyan, S.Y.Əfəndiyeva,  M.Ə.Qədirov, G.Ş.Unçiyeva,  A.B.Bəylərov, S.İ.Ömərova, T.Q.Vedenina, N.R.Əfəndiyev,  İ.H.Əliyev, F.R.Mustafayev, İ.M.Sadıqov, Ə.Q.Zeynalov, İ.D.Mustafayev, S.B.Hacıyev, E.V.Filmanova, A.M.Abbasova, M.V.Barisova, S.N.Əliyeva, N.S.Əmirov,  İ.U.Lətifzadə, T.S.Zülfüqarov, Q.İ.Hüseynov, B.Qasımova, T.Q.Məmmədov,  V.Korotkova, R.R.Həsənov, İ.İ.Adıgözəlov, E.M.Şuşalı, Ə.A.Xəlilov, Ə.K.Zeynalov, Ə.R.Hatəmi, S.M.Bersinayev, S.A.Xəlimulina, Q.İ.Hüseynov, E.V.Filmanova, Ş.H.Səmədov, E.V.Ağababov, S.F.Arxangelskiy, S.F.Hüseynov, K.K.Məmmədov, R.Q.Süleymanov, S.Əhmədov, Q.R.İbrahimov, O.Əhmədov, S.Q.Qasımov, Z.P.Əhmədova, S.İ.Süleymanov, M.S. Şəfiyev, M.Murtuzəliyev, Ş.H.Səmədov, F.Abdurəhmanov, Y.B.Həsənov, S.İ.Gülümcanov, A.M.Əsədov, H.M.Vəliyev, H.R.Xəlilov, L.Q.Bondarenko, S.A.Əliyev, B.H.Abbasov, C.Ə.Əliyev, F.A.Qədirov, M.Şükürov,   Z.R.Mövsümov, L.Q.Semyonova,  N.D.Rzayev, İ.D.Əliyev, A.D.Hüseynov, A.M.Şəmsəddinski, H.S.Sofiyev, Y.K.Qəhrəmanov, V.N.Paşayev, Ə.C.Musayev, H.M.Əlicanov, R.M.Abdullayev, A.A.Rəcəbov, D.A.Hidayətov, V.N.Paşayev, H.Y.Əbdürəhimov, M.İ.Əliyeva, A.H.Əliyev, B.Ə.Məmmədov, Q.M.Əliyev, V.Y.Əliyev, Ə.C.Hüseynov, Ə.İ.Əliyeva, O.Ş.Məmmədov, Ə.G.Əliyev, Q.A.Ramazanov, S.A.Səfərov, S.E.Razıyev, M.Y.Rzayev, İ.M.Hacıməmmədov, T.N.Mixaylova,  Ə.M.Şabanova, Ş.B.Bulacova, P.S.Qarayev, F.Həsənov, Q.S.Hüseynov, Ə.D.Əkbərov, Ə.M.Məmmədov, B.M.Hüseynov, M.H.Seyidov, H.Hüseyinov, Z.Ö.Ömərov, N.M.Rzayev, A.İ.Şabanova, Z.İ.Əkbərov, B.H.Zeynalov, N.İ.Kərimov,   S.A.Quliyeva,  L.Ə.Əmirov, B.M.Qasımov, Ə.İ.Əkbərov, E.A.Abakarov, İ.Qurbanov, E.Ş.Məcidova,  İ.Ş.Eminov, M.Ş.Yusubov, C.M.Təlai,  F.A.Xudayev, M.Əhmədov, S.Ə.Dünyamalıyev, S.M.Məmmədova, S.A.Abdulbaqiyeva, E.B.İbrahimov, Y.H.Kərimov, T.H.Təmrazov, Z.X.Musatafayev, Q.A.Kazımov, N.H.Həsənov, G.M.Seyidzadə, N.H.Əzizova, N.M.Abdullayeva, M.Ə.Dinayev, S.T.Məhəmmədova, A.N.Abdullayeva, H.K.Əlicanova.

1924-2024-cü illər ərzində Zaqatala Bölgə Təcrübə Stansiyasında aşağıda qeyd olunan 344 elmi mövzu icra edilmişdir.

ZAQATALA BÖLGƏ TƏCRÜBƏ STANSİYASININ ELMİ FƏALİYYƏTİ- 1950-ci ildən etibarən Zaqatala Bölgə Təcrübə Stansiyası Əkinçilik Elmi-Tədqiqat İnstitutun  tabeçiliyinə verilmişdir.  Stansiyanın əməkdaşları tərəfindən dənli, taxıl və texniki bitkilərin seçmə və hibridləşmə yolu ilə daha keyfiyyətli sort və hibridlərin alınması, yüksək reproduksiyalı toxumun əldə olunması və DSS-ya təqdim edilməklə, fermer təsərrüfatlarına tövsiyə olunması istiqamətində elmi tədqiqat işləri rayonun 3 müxtəlif sahəsində yerləşir: Pərzivan sahəsi, d.s.-dən 500 m hündürlükdə yerləşir və torpağı allüvial çəmən torpaqlarıdır, dağətəyi zonadır; Tasançöl sahəsi d.s.-dən 370 m hündürlükdə orta qurşaqda yerləşir; Danaçı Dayaq Məntəqəsi d..s.-dən 220 m hündürlükdə  Alazan vadisi ətrafında.

Stansiyanın 174 ha torpaq sahəsi vardır ki, bundan146 ha əkinə yararlıdır. Hal-hazırda yeni nailiyyətlərin əldə edilməsi üçün Stansiyada seleksiya, sortöyrənmə və toxumçuluq istiqamətində 2 şöbə fəaliyyət göstərir:Bitki seleksiyası və toxumçuluğu; Əkinçilik və bitki diversifikasiyası. Stansiyada elmi-tədqiqat sahəsində 22 nəfər çalışır ki, onların 10 nəfəri tədqiqatçidir, o cümlədən 2 nəfər aqrar elmləri üzrə fəlsəfə doktorudur (Abdullayeva Nərgiz Musa qızı, Əliyeva Əminət İslam qızı).

“Bitki seleksiyası və toxumçuluğu” şöbəsində Azərbaycanın iqlim şəraitinə adaptasiya olunan tezyetişən, yüksək məhsuldar yeni qarğıdalı sort və hibridlərin yaradılması və fermer təsərrüfatlarında tətbiqi istiqamətində elmi-tədqiqat işləri icra edilir. Təcrübə sahəsində ayrı-ayrı pitomniklərdə 450-dən artıq nümunələr üzərində tədqiqat işləri aparılır. Seleksiya materiallarının biomorfoloji və fizioloji göstəricilərinə görə qiymətləndirilmisi və seçilməsi, seleksiya materiallarının təzələnməsi, süni tozlanma aparılmaqla hibrid toxumların alınması, seleksiya materiallarının xarakter xüsusiyyətlərinin öyrənilməsi, sortların struktur elementlərinin təhlili, məhsuldarlıq göstəricilərinin müəyyən edilməsi üçün nümunələr tədqiq edilir. Daha yüksək keyfiyyət göstəricilərinə malik perspektiv sortlar  DSS-ya təqdim edilir.  2022-ci ildə qarğıdalının Hacı-36 və Ömər, 2024-cü ildə Gülarə-45 sortları DSS-ya təqdim edilmişdir.  Stansiyanın fəaliyyəti nəticəsində yaradılmış qarğıdalı bitkisinin: Yaxşılaşdırılmış yerli Zaqatala, Zaqatala-68, Zaqatala-380, Zaqatala-420, Zaqatala-514, Qürür, Ümid, Fəxri, Emil, Mirvari-18, Pəri qalası, Populyasiya 2001/B, Partlayan zoğalı, Şəkərli, Hacı-36, Ömər, Gülarə-45 olmaqla, nümayiş sahəsində 17 sort tədqiq edilir və Respublikamızın bir çox bölgələrində becərilir. Stansiyada toxumçuluq və artırma sahəsində rayonlaşmış sortlar fermerlərə və fərdi təsərrüfatlara tövsiyə edilir.

“Əkinçilik və bitki diversifikasiyası” şöbəsində  “Torpaqdan səmərəli istifadə edilməsi ilə bağlı dənli-taxıl, dənli-paxlalı, yem, alternativ yem və digər bitkilərin becərilməsində torpaq münbitliyinin idarə olunmasının elmi-praktiki əsaslarının öyrənilməsi” mövzusu üzrə “Respublikada rəqabət qabiliyyətli yeni növ tütün sortlarının yaradılması və tətbiqi” elmi-tədqiqat işi icra edilir. Kolleksiya nümunələri olan 42 tütün  sortu üzərində seleksiya və sortöyrənmə işləri həyata keçirilir. Bunlar: Virciniya, Virciniya AZ, Virciniya-1, Virciniya-20, Virciniya-3970, Virciniya RGH-4, Virciniya- GL-26, Virciniya-NC-55, Virciniya Kokker-347, Virciniya-386, Virciniya-548, Virciniya-2261 PHV, Siqar KY-160 LC, Dübek-38, Berley -78, Berley TN-90, Berley -122, Berley -123, Zaqatala Berleyi, Zaqatala Dübeki, Zaqatala iriyarpaqlısı, Zaqatala -67, İmmunnıy-1, 106 göy forma, Ostrolist-46, Krupnolist, Trapezond-1, Trapezond-5, Trapezond-135, Iriyarpaqlı, Samsun qısaboy, Samsun-155,  Prilep,  Izmir, Yubileynıy -8, Bəhlul-87, Islam-35, Şərq gözəli, Sarı gəlin, Quton-3648, Amerikan və Dikqulaq sortlarıdır. Mövcud genofondun qorunub saxlanması və genişləndirilməsi məqsədilə, yerli tütün sortları əsasında kolleksiya sahəsinin yaradılması və  tütünçülük sahəsinin elmi əsaslarla inkişafı davam etdirilir. Zaqatala iriyarpaqlısı, Zaqatala-1, Zaqatala-67, Trapezond-1, İmmunnıy-1, Zaqatala Dübeki, Zaqatala Berleyi sortları rayonlaşdırılmışdır. Eləcə də, seçmə və hibridləşmə yolu ilə yeni sortlar əldə edilir. 2022-ci ildə “Bəhlul-87”, 2023-cü ildə “İslam-35”, 2024-cü ildə “Sarı gəlin” və “Şərq gözəli” sortları Dövlət Sort Sınağına təqdim edilmişdir. Rayonlaşmış, yüksək keyfiyyət göstəricilərinə malik perspektiv sortlar  fermer və fərdi  təsərrüfatlara tövsiyə edilir.

Zaqatala Bölgə Təcrübə Stansiyasında çalışan elmi-tədqiqatçıların illər üzrə işlədiyi dövr:

1.        1939-1961-Qafarov İlyas Abdulla oğlu;

2.        1941-1958-Ağazadə Yahyə Qafar oğlu;

3.        1950-1959-Ter-Sarkesyan Ripsime Amayakovna;

4.        1956-1994-Ağazadə Sevil Yahyə qızı;

5.        1959-1968-Qazızadə Fateh Nurulla oğlu;

6.        1959-1967-Xəlilov Əsədulla Abdurahman oğlu;

7.        1959-1979-Vedenina Tamara Georgiyevna;

8.        1959-2004-Unçiyeva (Əfəndiyeva) Gülarə Şıxməhəmməd qızı;

9.        1959-1994-Qədirov Murtuzəli Əfəndi oğlu;

10.    1959-1997-Abbasova (Mahmudova) Ayşat Mahmud qızı;

11.    1959-1963-Ömərova Sevgiyə İsa qızı;

12.    1960-1995-Əliyev İslam Hacı oğlu;

13.    1960-1995-Mustafayev Firudin Rza oğlu;

14.    1963-1998-Hatəmi Ərşad Ruhulla oğlu;

15.    1963-1989-Ağababov Eduard Vartanoviç;

16.    1963-1968-Şuşalı Elmira Məmməd qızı;

17.    1963-2012-Bersinayev Soltan Məhəmməd oğlu;

18.    1965-1979-Bondarenko (Semyonova) Lyudmila Qriqoryevna;

19.    1966-1994-Əsədov Ataxan Muxtar oğlu;

20.    1972-1979-Qədirov Fikrət Abdusalam oğlu;

21.    1972-2023-Sofiyev Həbib Saleh oğlu;

22.    1974-1982-Əfəndiyev Nəcməddin Rza oğlu;

23.    1975-2011-Əlicanov Hacı Məmmədtahir oğlu;

24.    1982-Əliyeva Əminət İslam qızı;

25.    1987-2013-Bulacova Şahpəri Bulac qızı;

26.    1988-Məhəmmədova Sevda Tofiq qızı;

27.    1994-2023-Kərimov Nəbi İsmayıl oğlu;

28.    1996-Yusubov Musa Şaban oğlu;

29.    2008-2023-Məcidova Elmira Şamil qızı;

30.    2011-Abdullayeva Nərgiz Musa qızı.

2022-ci ildə yeni yaradılmış “Bəhlul-87” tütün sortunun keyfiyyət göstəriciləri: hibridləşmə yolu ilə (Pobeditel-179 x Zaqatala-67) yaradılmış, sınaqdan cıxma tarixi  2016-2022-ci illər, bitkinin tam boyu 279 sm, yarpaqların miqdarı-44 ədəd, orta yarusda olan yarpaqlarının ölçüsü:  uzunluğu- 49 sm, eni-27 sm, vegetasiya müddəti- 120 gün, tütün yarpaqlarının havada quru məhsulu (17% nəmliklə)-32.7 sent/ha, əmtəə növ çıxımı: I-87%, II- 13%.

2023-cü ildə yeni yaradılmış “İslam-35” tütün sortunun keyfiyyət göstəriciləri: hibridləşmə yolu ilə (Virciniya NC-55 x Virciniya RGH-4) yaradılmış, sınaqdan cıxma tarixi  2019-2023-cü illər, bitkinin tam boyu 250 sm, yarpaqların miqdarı-36 ədəd, orta yarusda olan yarpaqlarının ölçüsü: uzunluğu- 56 sm, eni-31 sm, vegetasiya müddəti- 128 gün, tütün yarpaqlarının quru məhsulu (17% nəmliklə)-33.2 sent/ha, əmtəə növ çıxımı: I-88%, II- 12%.

2024-cü ildə yeni yaradılmış “Şərq gözəli” tütün sortunun keyfiyyət göstəriciləri: mürəkkəb hibridləşmə yolu ilə (Zaqatala iriyarpaqlısı x Samsun-155 x Virciniya-20) yaradılmış, sınaqdan cıxma tarixi  2017-2024-cü illər, bitkinin tam boyu 250 sm, yarpaqların miqdarı-34 ədəd, orta yarusda olan yarpaqlarının ölçüsü:  uzunluğu-65 sm, eni-31 sm, vegetasiya müddəti- 119 gün, tütün yarpaqlarının havada quru məhsulu (17% nəmliklə)-36.4 sent/ha, əmtəə növ çıxımı: I-89%, II-11%.

2024-cü ildə yeni yaradılmış “Sarı gəlin” tütün sortunun keyfiyyət göstəriciləri: mürəkkəb hibridləşmə yolu ilə (Berley-78 x Berley-122 x Virciniya GL-26) yaradılmış, sınaqdan cıxma tarixi  2018-2024-cü illər, bitkinin tam boyu 233 sm, yarpaqların miqdarı-33 ədəd, orta yarusda olan yarpaqlarının ölçüsü: uzunluğu-62 sm, eni-35 sm, vegetasiya müddəti- 118 gün, tütün yarpaqlarının havada quru məhsulu (17% nəmliklə)-33.0 sent/ha, əmtəə növ çıxımı: I-87%, II-13%.

2024-cü ildə yeni yaradılmış “Gülarə-45” qarğıdalı sortunun keyfiyyət göstəriciləri: fərdi seçmə, sınaqdan cıxma tarixi  2017-2024-cü illər, vegetasiya müddəti: 112 gün, bitkinin boyu-255sm, qıçanın gövdəyə birləşmə hündürlüyü-140 sm, bir bitkidə qıçaların sayı-2 ədəd, bir qıçanın orta çəkisi-418 q, quru qıçadan  dən çıxarı- 87.7% , dən məhsuldarlığı (14% nəmlikdə)-95 sent/ha, yaşıl kütlə məhsulu-697 sent/ha, 1000 dənin çəkisi-392 q, dəndə zülalın miqdarı-11.9%, bitkinin yatmaya davamlılığı-5 ball, quraqlığa davamlılığı-4.9, xəstəlik,zərərvericilərə sirayətlənmə dərəcəsi-0.3.

İllər üzrə qarğıdalı sortlarının yaradılma ardıcıllığı siyahısı

1.                  1959-cu ilin elmi hesabatında “ Yaxşılaşdırılmış yerli Zaqatala” qarğıdalı sortu haqqında ilkin məlumat verilmişdir. Sort 1962-ci ildən Azərbaycan Respublikası Seleksiya Nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir (Patent № 1141);

2.                  1984-cü  ilin elmi hesabatında “ Zaqatala-514” qarğıdalı sortu haqqında ilkin məlumat verilmişdir. Sort 1998-ci ildən Azərbaycan Respublikası Seleksiya Nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir (Patent № 00038);

3.                  1984-cü  ilin elmi hesabatında “ Zaqatala-68” qarğıdalı sortu haqqında ilkin məlumat verilmişdir. Sort 2001-ci ildən Azərbaycan Respublikası Seleksiya Nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir (Patent № 00077);

4.                  1984-cü  ilin elmi hesabatında “ Şəkərli” qarğıdalı sortu haqqında ilkin məlumat verilmişdir.

5.                  1997-ci  ilin elmi hesabatında “Partlayan zoğalı” qarğıdalı sortu haqqında ilkin məlumat verilmişdir.

6.                  1999-cu  ilin elmi hesabatında “ Mirvari” qarğıdalı sortu haqqında ilkin məlumat verilmişdir. Sort 1999-cu ildən Azərbaycan Respublikası Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmişdir.

7.                  2003-cü  ilin elmi hesabatında “ Zaqatala-420” qarğıdalı sortu haqqında ilkin məlumat verilmişdir. Sort 2009-cu ildən Azərbaycan Respublikası Seleksiya Nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir (Patent № 00115);

8.                  2003-cü  ilin elmi hesabatında “ Zaqatala-380” qarğıdalı sortu haqqında ilkin məlumat verilmişdir.

9.                  2004-cü  ilin elmi hesabatında “ Populyasiya-2001B” qarğıdalı sortu haqqında ilkin məlumat verilmişdir.

10.              2012-ci  ilin elmi hesabatında “ Qürur” qarğıdalı sortu haqqında məlumat verilmiş və Azərbaycan Respublikası Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmişdir.

11.              2014-cü  ilin elmi hesabatında “ Ümüd” qarğıdalı sortu haqqında məlumat verilmişdir.

12.              2015-ci  ilin elmi hesabatında “ Fəxri” qarğıdalı sortu haqqında məlumat verilmişdir.

13.              2017-ci  ilin elmi hesabatında “ Emil” qarğıdalı sortu haqqında  məlumat verilmişdir.

14.              2019-cu  ilin elmi hesabatında “ Pəri qalası” qarğıdalı sortu haqqında məlumat verilmişdir.

15.              2022-ci  ilin elmi hesabatında “ Hacı-36” qarğıdalı sortu haqqında  məlumat verilmiş və Dövlət Sort Sınağına təqdim edilmişdir.

16.              2022-ci  ilin elmi hesabatında “Ömər” qarğıdalı sortu haqqında  məlumat verilmiş və Dövlət Sort Sınağına təqdim edilmişdir.

17.              2024-cü  ilin elmi hesabatında “Gülarə-45” qarğıdalı sortu haqqında  məlumat verilmiş və Dövlət Sort Sınağına təqdim edilmişdir.

STANSİYANIN MADDİ-TEXNİKİ BAZASI- Stansiyanın normal iş şəraitini təmin etmək məqsədi ilə 2013-cü ildə müəssisənin Pərzivan ərazisində anbar, xırman, qaraj, ofis binası, mətbəx, laborator otağı, üç otaqlı qonaq evi, 2 ədəd 100 tonluq su anbarı inşa edilərək istifadəyə verilmişdir. Xırman və taxıl anbarında təcrübə məqsədi ilə istehsal olunan taxıl və qarğıdalının yüksək keyfiyyətlə təmizlənməsi və saxlanılması təmin edilir. Zaqatala BTS-nın elmi təcrübə bazasında 80-100 ton taxıl, 20-30 ton qarğıdalının yüksək reproduksiyalı toxumu istehsal olunur, rayonun dövlət və özəl toxumçuluq təsərrüfatlarına təklif və tövsiyyə edilir.

Комментарии

Популярные сообщения