Məqalə- Şəki-Zaqatala bölgəsinin dəmyə torpaqlarının aqrokimyəvi tərkibi
ŞƏKİ-ZAQATALA BÖLGƏSİNDƏ DƏMYƏ TORPAQLARIN AQROKİMYƏVİ TƏRKİBİ VƏ EKOLOJİ TƏMİZ FINDIQ MƏHSULUNUN ƏLDƏ EDİLMƏSİ YOLLARI
Aqrar elmləri üzrə fəlsəfə doktoru Nərgiz Abdullayeva
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat
İnstitutunun Zaqatala dayaq məntəqəsi,
AZ 6200, Zaqatala şəhəri H.Əliyev
pr.63, nargizabdullayeva68@mail.ru
Mobil tel.:+994555680265, WhatsApp +994554685130
Orcide
kodu: 0009-0006-6749-617X
Xülasə: Məqalədə Şəki-Zaqatala bölgəsində dəmyə
torpaqların aqrokimyəvi tərkibi və ekoloji təmiz fındıq məhsulunun əldə edilməsi
üçün mineral və üzvi gübrələr istifadəsi müqayısəli şəkildə təhlil edilmişdir.
Təcrübə sahəsinin torpaqları dəmyə olub, qonur dağ-meşə, qəhvəyi dağ-meşə,
şabalıdı və bozqırlaşmış torpaqlardan ibarətdir. Şəki-Zaqatala bölgəsində
fındıqçılıqla yanaşı, həm də heyvandarlıq da inkişaf etdiyinə görə, bu bölgədə əsasən
üzvi gübrələrdən istifadə edilir. Peyinin
tərkibində bitkilərin qidalanması üçün tələb olunan bütün qida maddələri 0,5% azot, 0,25% fosfor, 0,5% kalium və
0,2% kalsium, müəyyən miqdarda mikroelementlər– 0.15% maqnezium, kükürd, bor və digər elementlər mövcuddur. Xırdabuynuzlu mal-qaranın təzə peyinin
tərkibində üzvi maddələrin miqdarı 1000 hissə hesabı ilə 318, azot 8.3 hissə olmaqla, digərlərindən fərqlənmişdir.
Fındıq bağı üçün tələb olunan qida maddələrinin miqdarı: mq/kq-la NO3-20.0, P2 O5-25.0,
K2O-350, S-5.0, B-3.0, Mn-12-13, Cu-2.5, Zn-4.0, Co-1.0, Mo- 0.3, ∑
Duzlar- 0.10%, üzvi maddələr-4.0, pH-5-7 arasında təşkil edir. Göstərilən
normalara cavab verməyən zəif torpaqlara, üzvi gübrələrdən 40-50 ton heyvan peyini və 3-5 ton quş zılı verilməsi tövsiyə edilir. Ekoloji təmiz məhsulların əldə
edilməsi üçün vegetasiya müddəti ərzində aparılan aqrotexniki tədbirlərlə
yanaşı, həm də məhsul yetişdikdən sonra icra ediən qulluq qaydaları da
vacibdir. Fındıq bağlarına mineral gübrələrin həddindən artıq verilməsi, məhsul
yetişdikdən sonra ləpədə gizli çürüklərin- aflotoksinin əmələ gəlməsinə səbəb
olur. Məhsul 6% nəmlik qalana qədər
qurudulmalıdır. Əks təqdirdə fındıq məhsulunda Asperqillus
flavus və Asperqius parastikus
adlı kif göbələkləri, insan üçün zəhərli maddə olan aflotoksini əmələ gətirir və
bu oqranizmlər insan sağlamlığına təhlükə yaratmaqla yanaşı hən də hər il kənd
təsərrüfatı məhsullarının əksər hissəsinin məhv olmasına səbəb olur.
Açar sözlər: torpaq-iqlim şəraiti, aqrokomyəvi analiz, qida maddələri,
üzvi gübrələr, fındıq bağı, aqrotexniki qulluq.
Ключевые слова: почвенно-климатические условия, агрохимический
анализ, питательные вещества, органические удобрения, фундучный сад, агротехнический уход.
Key words: soil and climatic conditions, agrochemical
analysis, nutrients, organic fertilizers, hazelnut garden,
agrotechnical
care.
Meyvə bitkilərinin böyümə və inkişafının normal
gedişi kifayət qədər qidalanma şəraitindən asılıdır. Çoxillik bitkilər
eyni yerdə uzun müddət becərildiyi üçün, onlar torpaqda
olan qida maddərini mənimsəməklə onu tükəndirirlər. Meyvə bitkilərinin
qidalanmasında su, oksigen, karbon qazı ilə yanaşı makro və mikroelementlər də
iştirak edir. Bitkilər üçün mühüm əhəmiyyət kəsb edən
qida elementləri əsasən azot, fosfor və kaliumdur[1]. Azot meyvə və bitkisinin həyat fəaliyyətinin əsas
tənzimləyicisidir. Fosforun çatışmaması boyu zəiflədir,
generativ tumurcuqların formalaşmasını ləngidir. Kalium bitkinin quralığa
və qışa davamlılığını yüksəldir, fermentlərin fəaliyyətini gücləndirir, maddələr
mübadiləsini yaxşılaşdırır, orqanizmin həyat fəaliyyətini artırır. Bundan əlavə
torpaqda makroelementlərdən: kalsium, maqnezium,
kükürd,
dəmir və s. mikroelementlərdən: bor, manqan, mis,
sink, molibden
elementlər mövcuddur [5,8,10]. Bitkiləri qida
maddələri ilə təmin etmək üçün gübrələr torpağa, bəzən
isə yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələrdir.
Gübrələr birinci növbədə, bitkini asan mənimsəyə biləcəyi formada olan qida
maddələrlə təmin edirlər. Bundan başqa gübrələr torpağın fiziki, kimyəvi və
bioloji xassələrini yaxşılaşdırır ki, bu da məhsulun artmasına və onun keyfiyyətinin
yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan
götürülmüş qida maddələri də torpağa qaytarılır. Bununla da torpağın məhsuldarlığı
bərpa edilir [11]. Təcrübə sahəsinin torpağı dəmyə olub, qonur
dağ-meşə, qəhvəyi dağ-meşə, şabalıdı və bozqırlaşmış torpaqlardan ibarətdir
[12]. Torpağın su saxlama qabiliyyəti aşağı səviyyədədir. Bitkilərin torpağın
pH-na (turşuluq-qələvilik göstəricisi) reaksiyası müxtəlifdir. Bəzi bitkilər zəif
turş, bəziləri qələvi əksəriyyəti isə neytral reaksiyalı torpaqlarda yaxşı
inkişaf edir. Ona görə də torpağın pH-nın təyin edilməsi əsasdır. Torpaqların
keyfiyyəti ümumi humusun miqdarı və humus qatının dərinliyi ilə müəyyənləşdirilir
[2,9,15]. Torpaqların analiz olunduqdan sonra, torpağın münbitliyini təmin etmək
üçün, tələb olunan qida maddələrinin müəyyənləşdirilməsi daha məqsədəuyğundur. Zaqatala
rayonunun dəmyə torpaqlarında pH orta hesabla 6,10-7,43 arasında dəyişmişdir.
Bu onu göstərir ki, sahə zəif-turş və neytral xassəyə malikdir. Şəki-Zaqatala bölgəsində fındıqçılıqla yanaşı,
heyvandarlıq da inkişaf etdiyinə görə, bu bölgədə əsasən üzvi gübrələrdən
istifadə edilir. Üzvi gübrələrə:peyin, peyin şirəsi, torf,
kompost, yaşıl gübrələr aiddir. Peyinin tərkibində bitkilərin qidalanması üçün tələb olunan bütün
qida maddələri 0,5% azot, 0,25% fosfor, 0,5% kalium və 0,2% kalsium,
müəyyən miqdarda mikroelementlər – 0.15% maqnezium,
kükürd, bor və digər elementlər mövcuddur [13,14]. Üzvi gübrələrin tərkibinfə
olan birləşmələr parçalanaraq torpaqda humusun
miqdarını artırır, sturukturunu yaxşılaşdırır, onu karbon qazı ilə zənginləşdirir,
buferliyini çoxaldır. Üzvi gübrələr tam minerallaşdıqdan sonra bitkilər tərəfindən
mənimsənilir. Minerallaşma prosesi müəyyən vaxt tələb etdiyindən, üzvi gübrələrin
hər il deyil, ilaşırı verilməsi məsləhət görülür [7,16]. Peyin əsasən
şum altına verilir, belə olduqda onun birinci il və sonrakı təsiri güclü olur.
Müxtəlif çürümə dərəcəsindən, gübrələnən bitkinin xüsusiyyətindən, torpaq və
iqlim şəraitindən asılı olaraq, 1.0 ha-ya 10 tondan 50 tona qədər verilir. Üzvi
gübrə olan peyinin tərkibindəki qida maddələri, heç də mineral gübrələrdən geri
qalmır. Belə ki, bitkilərin inkişafı üçün lazım olan bütün makro və mikroelementlər
peyinin tərkibində mövcuddur. Peyinin tərkibindəki qida maddələrinin miqdarı
heyvanın növündən, yemin tərkibindən, peyinin saxlanma şəraitindən asılı olaraq
müxtəlif olur [4]. Xırdabuynuzlu mal-qaranın təzə peyinin tərkibində üzvi maddələrin
miqdarı 318, azot 8.3 hissə olmaqla, digərlərindən daha
yüksək olmuşdur.Torpaqlarının və meyvə ağaclarının analizindən alınmış
rəqəmlər, norması ilə müqayisə olunaraq onların gübrəyə tələbatını
hesablanır. Fındıq bağı üçün tələb olunan qida maddələrinin
miqdarı: mq/kq-la NO3-20.0, P2
O5-25.0, K2O-350, S-5.0, B-3.0, Mn-12-13, Cu-2.5,
Zn-4.0, Co-1.0, Mo- 0.3, ∑ Duzlar- 0.10%, üzvi maddələr-4.0, pH-5-7 arası təşkil
edir. Zaqatala rayonu Pərzivan sahəsində 1.0 ha fındıq bağı sahəsindən götürülmüş, torpağın aqrokimyəvi analizinin nəticələrinə əsasən
demək olar ki, bağ altından götürülmüş torpaqda qida maddələrinin miqdarı nisbətən
aşağıdır. Bölgəmizdə fındıqçılıqla yanaşı, həmçinin
heyvandarlıq da inkişaf etdiyi üçün torpağın münbitləşdirilməsində əsasən üzvi
gübrələrdən- peyindən və quş zılından istifadə edilir ki, bu da ekoloji təmiz məhsul əldə
edilməsinə imkan yaradır. Belə torpaqlara üzvi gübrələrdən 40-50 ton heyvan peyini və 3-5 ton quş zılı verilməsi tövsiyə edilir. Torpağın münbitliyi
uzun illər ərzində formalaşır. Torpaqda qida
maddələrinin təmin olunma dərəcəsi, gübrə dozalarının
nizamlanması, meyvə bağlarının gübrə normasına ehtiyacı bir
sıra şərtlərdən asılı olaraq dəyişir. Bunlardan bağların əkildiyi torpaq və iqlim
şəraiti, torpaqların münbitliyi, qida maddələrinin
miqdarı, meyvə ağaclarının sıxlığı və ya seyrəkliyi,
onların yaşı və əsasən də aparılan aqrotexniki tədbirlərdən
birbaşa asılıdır [6]. Qida maddəsi kimi istehsal olunan xam və emal
olunmuş kənd təsərrüfatı məhsullarının keyfiyyəti və etibarlı olması olduqca
vacibdir. Fındıq bağlarına mineral gübrələrin həddindən
artıq verilməsi, məhsul yetişdikdən sonra ləpədə gizli çürüklərin- aflotoksinin
əmələ gəlməsinə səbəb olur. Ekoloji təmiz məhsulların əldə edilməsi üçün
vegetasiya müddəti ərzində aparılan aqrotexniki tədbirlərlə yanaşı, həm də
məhsul yetişdikdən sonra icra ediən qulluq qaydalarından da çox asılıdır. Belə
ki, fındıq məhsulu yetişdikdən sonra laımi aqrotexniki qulluq qaydalarına əməl
edilməməsi keyfiyyətin aşağı düşməsi ilə nəticələnir. Məhsul ancaq tam bioloji
yetişdikdə, özünəməxsus xüsusi spesifik rəng (qəhvəyi) aldıqda yığılmalıdır. Qərzəkli fındıq məhsulu
yığımdan sonra, quru, təmiz, üstüörtülü, hava yaxşı cərəyan edən anbarlarda
saxlanmalıdır. Fındıq tığının hündürlüyü 40-50 sm-dən artıq olmadan, saxlanılan
müddətdə torpaqla təmasta olmamalıdır. Təzə yığılmış qərzəkli məhsul nəmli
olduğu üçün, isinməyə məruz qalır və nəticədə xətəlik və zərərvericilərin
yayılmasına münbit şərait yaranır. Bunun qarşısını almaq üçün gün ərzində bir
neçə dəfə məhsul qarışdırılmalıdır. Qərzəkdən təmizlənmiş qabıqlı fındıq
məhsulu təbii yolla günəş altında və ya emal müəssisələrində quruducu şkaflarda
6% nəmlik qalana qədər qurudulmalı və quru şəraitdə, ancaq cut kisələrdə
saxlanılmalıdır. Əks təqdirdə gündəlik həyatımızda tez-tez rast gəlinən
və demək olar ki, bütün növ ərzaq məhsullarında yarana bilən kiflər (funquslar) son zamanlar çox ciddi tədqiqat
mövzusuna çevrilmişdir [3]. Əmələ gələn kiflər müvafiq şərtlər altında xam, həm
də emal olunmuş məhsullar üzərində artaraq məhsulun keyfiyyətinin dəyişməsinə,
eyni zamanda insan səhəti üçün təhlükə yarada biləcək zəhərli maddələrin
yaranmasına səbəb ola bilər. Kif göbələkləri fındıqda zülali maddələrin
parçalanmasına və tərkibinin dəyişərək məhsulun çürüməsinə və nəticədə toksin
yaranmasına səbəb olur. Fındıq məhsulunda Asperqillus
flavus və Asperqius parastikus
adlı kif göbələkləri, insan üçün zəhərli maddə olan aflotoksini əmələ gətirir və
bu oqranizmlər insan sağlamlığına təhlükə yaratmaqla yanaşı hən də hər il kənd
təsərrüfatı məhsullarının əksər hissəsinin məhv olmasına səbəb olurlar.
Torpağın münbitliyini, məhsuldarlığı və
keyfiyyəti artırmaq üçün torpağa üzvi
gübrə verilməsi, torpaq əmələ gəlmə prosesində münbitləşməyə təsir göstərən ən
güclü ekoloji təmiz vasitədir. Qiymətli qida məhsulu, əhalinin
əsas davamlı gəlir mənbəyi olan fındığın dünya bazarında layiqli yerini tutması
üçün, kəmiyyətə deyil keyfiyyətə üstünlük verilməsi olduqca vacibdir.
Ədəbiyyat siyahısı
- Babayev M.P. “Azərbaycan
torpaqşunaslıq və aqrokimya elminin inkişafı tarixi, nailiyyətləri və
perspektivləri”, Torpaqşunaslıq və Aqrokimya əsərləri toplusu. XVI cild
“Elm” nəşriyyatı, Bakı. 2004, s. 5-30
- Bayramova D.,Əhmədi P. Azərbaycanda
fındıq bitkisinin becərilməsi və gübrələnməsi.”Nurlan” nəşriyyatı, Bakı,
2000, səh.9-10.
- Əliyev R. “Aqrar bazar
və ərzaq təhlükəsizlik məsələləri”, Bakı.2003. s. 25-27
- Hacıməmmədov İ.M.,Təlai C.M.,Kosayev E.M.
Torpaq, bitki və gübrələrin aqrokimyəvi analiz üsulları. “Müəllim” nəşriyyatı,
Bakı, 2016, səh.105-106.
- Həsənov Z.M., Cəfərov I.H., Ağayev F.Ə.,
Süleymanova Y.V. “Bağban nəyi bilməlidir”, “MBM-R”
nəşriyyatıs. Bakı-2009, səh.267-272.
- Hüseynov
M.C. “Aqrar sahənin dayanıqlı inkişafının bəzi məsələləri”, “Azərbaycan Aqrar
Elmi” jurnalı. Bakı, 2005, № 1-2, s. 28-31.
- Məmmədov Q.Ş. “Azərbaycan torpaqlarının
ekoloji qiymətləndirilməsi”, “Elm” nəşr., Bakı 1998, s. 282
- Məmmədova Q.M., Cəfərov
V.İ. “Bitkinin həyatında mineral qida elementlərinin rolu”, “Elm” nəşr.,
Bakı 2006, s. 4-9.
- Məmmədova S.Z., Cəfərov A.B. Torpağın münbitlik
xassəsi, Elm nəşriyyatı 2005,194s
- Mövsümov Z.R. Məmmədov M.İ. “Azərbaycan
Respublikası torpaqlarının aqrokimyəvi səcciyəsi”, Azərbaycan
Torpaqşünaslar Cəmiyyətinin əsərlər toplusu, VIII cild, Bakı 2001, s.
230-232.
- Smotzok M.,Bıçoku Ü,Əsədova N. Gübrələr və
onlardan səmərəli istifadə. “AMDAS/İFDC” nəşriyyatı, Bakı, 2003, səh.37-38
- Yusifov Ə.N., Məmmədov
C.Ş., Məmmədova G.C., Hüseynova A.S. “Bağçılıqda aqronomik qaydalar və
bağbanın rolu”. “Müəllim” nəşriyyatı, 2016. Səh.236-239.
- Zamaov P.B. Paşayev R.Ə. Yeni üzvi gübrələr.
Azərbaycan Aqrar Elmi Jurnalı №1-2. 1998, səh. 78-79
- Алиев А.П. «Органические удобрения и их роль в
повышении плодородия почвы», ж. «Аграрная Наука Азербайджана» № 1-2, Баку
2001, с. 28-31
- Заманов П.Б. «Почвенно-агрохимические основы
получения высоких урожаев», Ж. «Агрохимия» 1980 г. №3, с. 127-135.
- Мамедов Д.Ш. Экологическая модель плодородия почв в
зоне сухих субтропиков Азербайджана. Труды ВОП, Баку, 2006. с.46-50.
АГРОХИМИЧЕСКИЙ
СОСТАВ ПОЧВ ШЕКИ-ЗАКАТАЛЬСКОГО РЕГИОНА
И ПУТИ
ПОЛУЧЕНИЯ ЭКОЛОГИЧЕСКИ ЧИСТОГО УРОЖАЯ ФУНДУКА
Абдуллаева Н.М.
к.с/х.н.
Закатальский Опорный Пункт Научно-Исследовательского Института Плодоводства и Чаеводства,
nargizabdullayeva68@mail.ru
Резюме: В статье проведен сравнительный анализ
агрохимического состава богарных земель Шеки-Закатальского региона и использования минеральных и органических
удобрений для производства экологически чистого фундука. Почва опытного
участка, состоит из бурых горно-лесных, коричневых горно-лесных, каштановых и степных почв. В Шеки-Закатальском регионе, помимо выращивания фундука, развито
также животноводство, поэтому в этом регионе в основном используются
органические удобрения. В навозе содержатся все питательные вещества,
необходимые для питания растений: 0,5 % азота, 0,25 % фосфора, 0,5 % калия и
0,2 % кальция, определенное количество микроэлементов — 0,15 % магния, серы,
бора и других элементов. Количество органических веществ в свежем навозе
мелкого рогатого скота составляет 318 на 1000 частей, а азота - 8,3
части, чем отличается от других.
Потребность в питательных веществах фундучного сада: NO3-20,0, P2 О5-25,0, K2 O-350, S-5,0, B-3,0, Mn-12-13, Cu-2,5,
Zn-4,0, Co -1,0, Mo- 0,3, ∑ соли- 0,10%, органика-4,0, pH-5-7. На слабые почвы, не соответствующие указанным нормам,
рекомендуется вносить 40-50 т навоза и 3-5 т птичьего помета. Для получения
экологически чистой продукции, помимо агротехнических мероприятий, проводимых в
период вегетации, важны и правила ухода, реализуемые после созревания урожая. Чрезмерное внесение минеральных удобрений в сады
фундука приводит к образованию в ядрах афлатоксиновых скрытых гнилей после
созревания урожая. Урожай следует сушить до тех пор, пока не останется
6% влаги. В противном случае плесневые грибы Aspergillus flavus и Aspergius
parasticus вырабатывают токсичный вещества для человека- афлатоксин, причем эти организмы не только
представляют угрозу здоровью человека, но и ежегодно становятся причиной
уничтожения большинства сельскохозяйственных продуктов.
AGROCHEMICAL
COMPOSITION OF SOILS IN THE SHEKI-ZAKATALA REGION AND WAYS TO OBTAIN AN
ECOLOGICALLY CLEAN HAZELNUT CROP
Abdullaeva
N.M. candidate of agricultural sciences
Zakatala
Support Point of the Research Institute of Fruit Growing and Tea Growing,
nargizabdullayeva68@mail.ru
Abstract: The article provides a comparative analysis of the
agrochemical composition of rainfed lands in the Sheki-Zakatala region and the
use of mineral and organic fertilizers for the production of environmentally
friendly hazelnuts. The soil of the experimental site consists of brown
mountain forest, brown mountain forest, chestnut and steppe soils. In the
Sheki-Zagatala region, in addition to growing hazelnuts, livestock farming is
also developed, so organic fertilizers are mainly used in this region. Manure
contains all the nutrients necessary for plant nutrition: 0.5% nitrogen, 0.25%
phosphorus, 0.5% potassium and 0.2% calcium, a certain amount of microelements
- 0.15% magnesium, sulfur, boron and other elements. The amount of organic
matter in fresh small cattle manure is 318 per 1000 parts, and nitrogen - 8.3
parts, which differs from others. The nutrient requirements of the hazelnut
garden: NO3-20.0, P2 O5-25.0, K2 O-350, S-5.0, B-3.0, Mn-12-13, Cu-2.5, Zn-4.0,
Co -1.0, Mo- 0.3, ∑ salts - 0.10%, organic matter-4.0, pH-5-7. For weak soils
that do not meet the specified standards, it is recommended to apply 40-50 tons
of manure and 3-5 tons of bird droppings. To obtain environmentally friendly
products, in addition to agrotechnical measures carried out during the growing
season, the rules of care implemented after the crop ripens are also important.
Excessive application of mineral fertilizers to hazelnut orchards leads to the
formation of aflatoxin latent rot in the kernels after the crop has ripened.
The crop should be dried until 6% moisture remains. Otherwise, mold fungi Aspergillus flavus and Aspergius parasticus produce a toxic
substance for humans - aflatoxin, and these organisms not only pose a threat to
human health, but also annually cause the destruction of most agricultural
products.

Комментарии
Отправить комментарий